Əsas Səhifə > Dünya > ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin


13-03-2018, 23:03

ABŞ tarixində MKİ-nin ilk qadın direktoru olan Cina Hespel kimdir?

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, sirli qadın olduğu deyilən və 1985-ci ildə MKİ-yə qatılan Cina Hespel idarənin vitse-prezidenti vəzifəsinə Trampın yeni komandasının formalaşdırılması prosesi çərçivəsində - 2017-ci ilin fevral ayında təyin edilib.

62 yaşlı Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.

Hespel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilirdi.

Onun İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkəsində baş verən iğtişaşların arxasında olduğu bildirilir.

***17:45

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) təşkilatın tarixində ilk dəfə olaraq qadın rəhbərlik edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

D. Tramp dövlət katibi vəzifəsinə CİA-in hazırkı direktoru Mayk Pompeonu təyin edəcəyini açıqlayıb. M. Pompeonun kreslosunu isə Cina Haspel tutacaq. Hazırda C. Haspel CİA direktorunun 1-ci müavini vəzifəsini tutur.

Hər iki təyinat Senatın təsdiqindən keçməlidir.(APA)


Geri qayıt