Əsas Səhifə > Dünya > AST TELMANIN obyektinin qiymətini 300 milyon endirib, yenidən
AST TELMANIN obyektinin qiymətini 300 milyon endirib, yenidən23-05-2018, 09:12 |
Azərbaycanlı milyonçu Telman İsmayılova məxsus daha bir mülk satışa çıxarılır. Musavat.com-un Rusiya KİV-lərindən aldığı məlumatına görə, milyonçuya məxsus “Biznes klub Tropikano” biznes mərkəzi ilə bağlı hərrac iyulun 3-də keçiriləcək. Bundan əvvəl baş tutan hərracda biznes mərkəz 2 milyard 100 milyon rubl dəyərində qiymətləndirilmişdi. Amma indi qiymət endirilib. İndi o 300 milyon rubl az, 1 milyard 800 milyon rubl qiymətlə hərraca çıxarılacaq. Biznes mərkəzin sahəsi 15 min kvadratmetrdir və Moskvanın mərkəzində, Krasnaya Presnya küçəsində yerləşir.
Geri qayıt |