Əsas Səhifə > Dünya > “TRAMP PREZİDENTLƏRİN ən qəddarı,

“TRAMP PREZİDENTLƏRİN ən qəddarı,


14-06-2018, 14:21

“Tramp prezidentlərin ən qəddarı, ən pisidir”

Donald Tramp 1979-cu ildən –İran İslam Respublikasının yarandığı gündən bəri ABŞ-ın “ən qəddar” prezidentidir.

AzerTaym.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, İslam İnqilabının qələbə qazandığı gündən bəri bütün ABŞ hökumətləri İran xalqının düşməni olub:

“Lakin indiki ABŞ prezidenti əvvəlkilərlə müqayisədə ən pisi, ən dürüst olmayanı və qəddarıdır”. 

Ruhani bildirib ki, İrana Vaşinqtonun Tehrana qarşı niyyəti ilə bağlı xəbərdarlıq edilib: “Tarixdə ilk dəfə olaraq BMT İranın dinc məqsədlər üçün uranı zənginləşdirmək haqqını tanıdı”. 


Geri qayıt