Əsas Səhifə > Dünya > TÜRKİYƏ yeni qırıcılarını bu gün

TÜRKİYƏ yeni qırıcılarını bu gün


21-06-2018, 10:07

Türkiyə yeni qırıcılarını bu gün ABŞ-dan alacaq

Bu gün ABŞ Türkiyəyə satacağı “F-35” tipli qırıcı təyyarələrdən ilk ikisini təslim edəcək.

Qırıcılar Texasda baş tutacaq mərasim Texas-Ford Vortda yer alan “Lokid Martin” bazasında keçiriləcək. Təslim ediləcək iki təyyarə türk pilotların təlim keçməsi üçün 2019-cu ilə qədər ABŞ-da qalacaq.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Senatın “F-35”lərin satılmasını əngəlləyən qərarına rəğmən, qırıcıların Türkiyəyə veriləcəyini açıqlamışdı. Pentaqonun sözçüsü Mayk Endryusun verdiyi məlumata görə, təqdimetmə mərasimindən sonra qırıcılar Arizonadakı “Luke” hava qüvvələri bazasına aparılacaq. Artıq Türkiyənin F-35 pilotları və texniki heyəti hava qüvvələri bazasına gedib və yaxında uçuş təlimlərinə başlayacaq.

Qırıcılar Türkiyədə İngteqrasiya Təlim Mərkəzinə də ev sahibliyi edən Malatya 7-ci Ana Qırıcı Baza Mərkəzində saxlanılacaq.

Qeyd edək ki, “F-35” qırıcılarının istehsal proqramını 9 ölkə: ABŞ, İtaliya, İngiltərə, Hollandiya, Kanada, Avstraliya, Danimarka, Kanada və Türkiyə ortaq olaraq həyata keçirir. Bu ölkələrdən Kanada, Danimarka və Türkiyədən başqa digərləri qırıcıları təslim almağa başlayıb.


Geri qayıt