Əsas Səhifə > Dünya > Almaniyadan TƏHDİD:

Almaniyadan TƏHDİD:


21-06-2018, 16:23

Almaniyadan TƏHDİD: “Ərdoğan qalib gələrsə...”

Türkiyədə iyunun 24-də keçiriləcək seçkilərə bir neçə gün qalmış Almaniyanın baş kansleri Angela Merkelin lideri olduğu Xristian Demokrat Partiyası (CDU) Ankaranın ünvanına təhdid səsləndirilib.

AzerTaym.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, CDU-dan olan Avropa Parlamentinin üzvü Renate Sommer prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanacağı halda, Türkiyənin Avropa İttifaqına üzvlüyünün mümkün olmayacağını bildirib.

“Avropa Parlamenti bu vəziyyətdə üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, - o deyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.


Geri qayıt