Əsas Səhifə > Dünya > Ağ Evdən Türkiyə səfirinə

Ağ Evdən Türkiyə səfirinə


14-08-2018, 10:16

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”-deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

Boltonla Kılıç arasında danışıqların nəticəsiz başa çatdığı bildirilir.  


Geri qayıt