Əsas Səhifə > Dünya > ABŞ İrana QARŞI 40 il əvvəl tətbiq olunan sanksiyaların

ABŞ İrana QARŞI 40 il əvvəl tətbiq olunan sanksiyaların


9-11-2018, 05:25

ABŞ prezidenti Donald Tramp təqribən 40 il əvvəl İrana qarşı tətbiq edilən sanksiyaların təsir müddətini növbəti dəfə uzadıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Trampın Konqresə ünvanladığı məktubunda deyilir.

"İranla münasibətlərimizin hələ normallaşmayıb", — deyə Tramp qeyd edib.

Qeyd edək ki, 12170 saylı fərman 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin İran tələbələr tərəfindən ələ keçirilməsindən sonra prezident Cimmi Karter tərəfindən imzalanıb. Sənəd ABŞ hökumətinə sanksiya tətbiq etmək və ya digər tədbirlər görmək, həmçinin İranla ticarət əlaqələrini tənzimləmək üçün geniş səlahiyyətlər verir. Bu, xüsusilə İranın ABŞ yurisdiksiyasında istənilən dövlət mülkiyyətini məhdudlaşdırır.

Bundan əvvəl ABŞ Krım və Donbassa görə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.


Geri qayıt