Əsas Səhifə > Dünya > Robert Koçaryan AVROPA məhkəməsinə
Robert Koçaryan AVROPA məhkəməsinə11-11-2018, 06:21 |
Ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətlə müraciət ediblər. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatı Koçaryanın vəkili Aram Orbelyan yayıb. “Biz baş verənlərin ədalətli məhkəmə istintaqının, məhkəmə müdafiəsinin və hüquqların müdafiəsinin Konvensiyaya uyğun olub-olmaması barədə şikayətlə müraciət etmişik. Hazırda təfərrüatlarını təqdim edə bilmərəm. Baar ertəsi günü bəyanatla çıxış edəcəyik”, - vəkil deyib. Geri qayıt |