Əsas Səhifə > Dünya > Türkiyədən Kaşıkçının QƏTLİ İLƏ bağlı

Türkiyədən Kaşıkçının QƏTLİ İLƏ bağlı


15-11-2018, 06:22

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxalif səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı beynəlxalq səviyyədə araşdırmanın aparılmasının vacib olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Türkiyə parlamentində çıxış edən nazir bildirib ki, Ankara araşdırmanı sonadək aparmaq və günahkarları tapmaq niyyətindədir.

“Bu cinayətə işıq salmaq üçün əlimizdən gələni edirik. Biz sübutları görmək istəyənlərə onları göstərdik”, - deyə o vurğulayıb.


Geri qayıt