Əsas Səhifə > Dünya > “Tramp Kaşıkçı cinayətində səudların YANINDA OLACAQ”
“Tramp Kaşıkçı cinayətində səudların YANINDA OLACAQ”22-11-2018, 07:41 |
ABŞ-ın “New York Times” qəzeti Donald Trampın Kaşıkçı cinayətində Səudiyyə Ərəbistanının yanında olacağını iddia edib. Qəzetdə dərc olunun “Tramp Səudiyyə Ərəbistanının dəyərlərini müdafiə edir” başlıqlı məqalədə Trampın FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəldiyi qeyd olunub. “Tramp dünənkı açıqlamasında, Camal Kaşıkçının öldürülməsinin nə qədər yanlış olursa-olsun, səbəbkarı kim olursa-olsun, səudların yanında olacağını söyləmiş oldu. ABŞ prezidenti FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəlir. Tramp Səudiyyə Ərəbistanında və başqa yerlərdəki “zorba”ları cəsarətləndirərək, dünyanı daha təklükəli hala gətirir”, - qəzet yazır. Yazıda həmçinin Trampın əlaqələrinin ticarət amaclı olduğu vurğulanıb: “Ədalətin yerini tapması üçün Kaşıkçı cinayətinin bütün detalları ortaya çıxmalıdır. Səudiyyə Ərəbistanın vəliəhd Şahzadəsi də daxil olmaqla, heç kimsə etdiklərinin hesabını verməkdən qaçmamalıdır”.
Geri qayıt |