Əsas Səhifə > Dünya > Ərdoğan general Haftarın üstünə ordu göndərir -Yeni Rusiya-Türkiyə

Ərdoğan general Haftarın üstünə ordu göndərir -Yeni Rusiya-Türkiyə


17-12-2019, 16:53

Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə przidenti Rəcəb Təyyub Ərdoğan mətbuata müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Haftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir.

Yaranmış situasiyanı şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər. O, Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq etməsini xatırladıb: "Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Haftar Liviyanın tamamını ələ keçirsə, Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Haftarın Tripolini ələ keçirməsinə mane olmaq istəyir".

Gerenal Haftarı dəstəkləyənlər arasında Rusiyanın da olmasına gəlincə, E.Şahinoğlu xatırladıb ki, Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Haftara dəstək verir: "Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar". AzPolitika.info


Geri qayıt