Əsas Səhifə > Dünya, Slayd > Koronavirus daha bir ölkəyə ayaq

Koronavirus daha bir ölkəyə ayaq


29-01-2020, 10:20

Koronavirus daha bir ölkəyə ayaq açdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk dəfə koronavirusun yeni növünə yoluxma halı qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

“BƏƏ-də koronavirusa ilk yoluxma halı baş verib. Hazırda xəstənin vəziyyəti stabildir, həkim nəzarəti altındadır”, - deyə nazirlikdən bildirilib.

Qurumdan virusa kimin harada və necə yoluxduğuna dair məlumat verilməyib.

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.


Geri qayıt