Əsas Səhifə > Dünya > Dünyada koronavirusdan sağalanların sayı YARIM MİLYONU
Dünyada koronavirusdan sağalanların sayı YARIM MİLYONU16-04-2020, 09:34 |
Aprelin 16-da səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 2.083.326 nəfər təşkil edir. Yoluxma hallarına görə ABŞ birincidir – burada 644 min 089 nəfərdə virus aşkarlanıb. Xəstələrin sayına görə ikinci yerdə İspaniya (180 min 659), üçüncü yerdə isə İtaliya (165 min 155 nəfər) gəlir. Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Geri qayıt |