Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 11 MİLYONU
Dünyada koronavirusa yoluxanların sayı 11 MİLYONU4-07-2020, 22:35 |
ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Xarici KİV-in verdiyi məlumata görə, ötən sutka ölkədə koronavirusa 57 497 nəfər yoluxub. Bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınmışdı - 55 220 yoluxma faktı. Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib. Bildirilir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb. Ötən gün ən çox yoluxma halları Florida ştatında aşkarlanıb - 9 488. Qeyd edək ki, Con Hopkin Universitetinin hesabatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib. Geri qayıt |