Əsas Səhifə > Dünya, Slayd > Merkel Poroşenko və Putini bir-birinin

Merkel Poroşenko və Putini bir-birinin


3-10-2015, 09:13

 

55Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə “Normand dördlüyü” görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinin əlini sıxıb.                    Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə videonu Fransa prezidenti Fransua Olland özünün instargam səhifəsində yerləşdirib.

Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik” – yazıb Fransa lideri.
Əlsıxma zamanı Putin gülümsə də, Poroşenkonun sifətində ciddilik olub. Videodan görünür ki, onları buna Almaniya kansleri sövq edib – hər ikisinin əlini tutmaqla.
Xatırladaq ki, Ukrayna (Krım) böhranı yaranandan sonra bu, Putilə Poroşenkonun ikinci əl sıxmasıdır. Birinci belə hal bu ilin fevralında Minsk anlaşmasının imzalanmasından öncə qeydə alınmışdı.

 


Geri qayıt