Əsas Səhifə > Dünya > Çin 72 saat möhlət vermişdi – ABŞ bayrağı 35 il sonra

Çin 72 saat möhlət vermişdi – ABŞ bayrağı 35 il sonra


28-07-2020, 22:35

Hurriyyet.org xəbər verir ki, Çin hökumətinin göstərişi ilə ölkənin cənub-qərbində yerləşən Çendu Baş Konsulluğundakı ABŞ bayrağı 35 ildən sonra endirilib.

ABŞ XİN-in açıqlamasında Çendu Baş Konsulluğunun fəaliyyətinin yerli saatla saat 10.00-da dayandırıldığı, Çin Kommunist Partiyasının qərarından təssüfləndikləri bildirilir.

Çinin Mərkəzi Televiziyası (CCTV) konsulluqdakı ABŞ bayrağının yerli vaxtla saat 06.18-də endirildiyini bildirib.

Çinin ABŞ-ın San Francisko, Los Anceles, Çikaqo və Nyu York şəhərlərində konsulluqları və Vaşinqtonda səfirliyi var.

ABŞ-ın isə Çində 4 konsulluğu və Pekində səfirliyi mövcuddur.

İki ölkə arasındakı gərginlik ABŞ-ın Hyustondaki Çin diplomatik missiyasını bağlamaq göstərişi verməsindən sonra artıb.

ABŞ hökuməti 22 iyul tarixində Texas ştatının Hyuston şəhərindəki Çin diplomatik missiyasının 72 saat ərzində bağladılması göstərişini vermişdi.

Çin hökuməti də cavab addımı olaraq, 24 iyulda ABŞ-dan Çendudajı konsulluğunu 72 saat ərzində bağlamasını tələb eləmişdi.


Geri qayıt