Əsas Səhifə > Dünya > İranda koronavirusdan ölənlərin sayı

İranda koronavirusdan ölənlərin sayı


13-08-2020, 17:33

İranda koronavirus bütün şəhərlərə yayıldı

İranda koronavirus xəstəliyinə qarşı aparılan mübarizənin nəticəsində vəziyyət tədricən sabitləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılıb ki, son sutka ərzində 2 min 625 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 336 min 324 nəfərə, ölənlərin sayı isə 19 min 162-ə çatıb. Müxtəlif qapalı xəstəxanalarda müalicə alan 3 min 971 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 292 min 58 nəfər isə sağalaraq evə buraxılıb.


Geri qayıt