Əsas Səhifə > Dünya, Slayd > Vahid Ələkbərov
Vahid Ələkbərov7-10-2015, 08:55 |
Moskvanın məşhur “Serebryannıy Bor”çimərliyi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib.ANS PRESS-in məlumatına görə, beləliklə, çimərliyi icarəyə götürmüş azərbaycanlı iş adamı, “Lukoyl” prezidenti Vahid Ələkbərov bütün prosedurları yerinə yetirdikdən sonra ərazini özəlləşdirə bilər.
Moskva şəhər əmlak departamentinin mətbuat xidməti xüsusi statusun çıxarılmasını indiyə qədər qorunan ərazidə “kənar istifadəçilərin özbaşına bağ və fərdi ev tikməsi” ilə izah edib. İlin sonuna kimi xüsusi qorunma statusundan çıxarılacaq ərazinin, demək olar ki, yarısı 0,97 hektarı Vahid Ələkbərovun uzunmüddətli icarəsindədir. Ələkbərov “Serebryannıy Bor” çimərliyini 2052-ci il iyulun 11-dək kirayələyib.
“Lukoy”lun nümayəndəsi və Vahid Ələkbərov bu barədə yazılanlara heç bir şərh verməyib.
Geri qayıt |