Əsas Səhifə > Dünya > Navalnı komadan

Navalnı komadan


7-09-2020, 20:57

Rusiyanın müxalifət lideri Aleksey Navalnının səhhəti xeyli yaxşılaşıb.
Bu barədə "Charite" klinikasının həkimləri deyib.
Bildirilib ki, Navalnı tədricən süni komadan çıxarılıb və ətrafdakıların müraciətlərinə reaksiya göstərməyə başlayıb.
Həkimlər hadisənin Navalnının sağlamlığı üçün uzunmüddətli nəticələrini də istisna etmir.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. //APA


Geri qayıt