Əsas Səhifə > Dünya > Lukaşenko Baş prokuroru İSTEFAYA

Lukaşenko Baş prokuroru İSTEFAYA


10-09-2020, 12:34

Lukaşenko Baş prokuroru istefaya göndərdi

Belarus Baş prokuroru Aleksandr Konyuk Prezident Aleksandr Lukaşenkonun qərarı ilə tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. Baş prokuror vəzifəsinə əvvəllər Dövlət Məhkəmə Ekspertiza Komitəsinə rəhbərlik etmiş Andrey Şved təyin edilib.

 

Lukaşenkonun sözlərinə görə, keçmiş Baş prokuror özünü diplomatik xidmətdə sınamaq istədiyini bildirib: “Mən bu istəyə qarşı deyiləm. Xarici İşlər naziri ilə əlaqə qurub təkliflərini hazırlamasını xahiş etməliyik”.


Geri qayıt