Əsas Səhifə > Dünya > ÖLÜM hallarının sayına görə Ermənistan dünyada

ÖLÜM hallarının sayına görə Ermənistan dünyada


3-11-2020, 00:41

Ölüm hallarının sayına görə Ermənistan dünyada dördüncüdür

Ermənistanda pandemiya qurbanlarının sayı 28 nəfər artaraq 1391-ə çatıb.

 Bu göstərici ilə Ermənistan əhalinin hər yüz min nəfərinə düşən ölüm hallarının sayına görə dünyada dördüncü yerə yüksəlib.

Qeyd edək ki, bu barədə Avropada Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin hesabatında məlumat verilib.

Bildirilib ki, Ermənistanda COVID-19-dan ölüm faktı hər 100 min nəfərdən 6,19 təşkil edir.

Çexiya oktyabrın sonuncu həftəsində COVID-19-dan 11,02 ölüm hadisəsi ilə lider olub. İkinci yerdə Andorra (7,88), 3-cü yerdə Belçika (6,81), 4-cü yerdə Ermənistan (6,19), 5-ci sırada isə Monteneqrodur (6,11).

Hazırda Ermənistanda 35 min 215 aktiv koronavirus xəstəsi var. /Yenisabah.az


Geri qayıt