Əsas Səhifə > Dünya > ABŞ Türkiyə vətəndaşlarının qətlində PKK-nı günahlandırdı

ABŞ Türkiyə vətəndaşlarının qətlində PKK-nı günahlandırdı


16-02-2021, 09:49

ABŞ Türkiyə vətəndaşlarının qətlində PKK-nı günahlandırdı

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Qaradakı qətliamda PKK-nı günahlandırıb.

  Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Səfir məsələ barədə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılarkən danışıb.

“Görüşdə ABŞ səfiri Satterfild Qarada təşkil olunan hərəkatda şəhid olan heyət üzvləri və əməliyyatlar əsnasında terror təşkilatı PKK tərəfindən şəhid edilən 13 vətəndaşımız üçün başsağlığı verib, Qarada yaşanan qətliamda PKK-nın məsuliyyət daşıdığını təsdiqləyib”, - Türkiyə MN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, bu gün ABŞ Xarici İşlər Nazirliyi İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı Türkiyəyə başsağlığı vermişdi. Başsağlığı mətnində yer alan ifadələr isə reaksiya doğurmuşdu. Buna görə də ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə çağırılmışdı.  /“Qafqazinfo”


Geri qayıt