Əsas Səhifə > Dünya > Səddam Hüseynin itkin sərvəti – İraq hökuməti hərəkətə

Səddam Hüseynin itkin sərvəti – İraq hökuməti hərəkətə


4-04-2021, 23:19

Səddam Hüseynin itkin sərvəti – İraq hökuməti hərəkətə keçdi

İraq Xarici işlər naziri Fuad Hüseyn Bağdadda isveçrəli həmkarı İqnasiyu Kassislə görüşüb.
 
Görüşdən sonra açıqlama verən iraqlı nazir İraqın mərhum lideri Səddam Hüseynin İsveçrə banklarında dondurulmuş pulları barədə müzakirə aparıldığını deyib.
 
Səddam Hüseynin İsveçrə banklarındakı pullarının geri qaytarılması ətrafında fikir mübadiləsi aparıldığını bildirib.
 
Səddam Hüseynin ABŞ, İsveçrə və İtaliya banklarında 2.4 milyard dollar pulunun olduğu ehtimal edilir.

Geri qayıt