Əsas Səhifə > Dünya > “RUSLAR BİZİ BİRİNCİ ZƏRBƏ VURMAQ ÜÇÜN TƏXRİBATA ÇƏKİRLƏR”

“RUSLAR BİZİ BİRİNCİ ZƏRBƏ VURMAQ ÜÇÜN TƏXRİBATA ÇƏKİRLƏR”


31-07-2021, 22:46

İyun ayının sonundan iyulun ortasına kimi NATO hərbi dəniz gücləri Qara dənizdə “Sea Breeze” kod adlı böyük hərbi təlimlər keçiriblər.Həmin təlimlərdə 32 ölkədən 32 gəmi və 40 təyyarə iştirak edib.

28 iyunda başlayan “Sea Breeze” təlimlərindən bir neçə gün öncə Rusiya təyyarələri də Qara dənizdə manevrlər həyata keçiriblər.

Bir neçə həftə ərzində Rusiya Silahlı Qüvvələrinin birləşmələri və NATO Hərbi Dəniz Qüvvələri Qara dənizdə və Aralıq dənizində bir-birinə yaxın məsafələrdə üzüblər. Çox təhlükəli məsafəyədək yaxınlaşma hadisəsi regiondakı hərbi aktivlik fonunda baş verib, lakin bu cür hərəkətlər Qara dənizdə nadir sayılmır. Çünki Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra burada daima gərginlik yaşanır.

 

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı komandanı admiral Robert Burke deyib: “Rusiya gəmiləri həmişə NATO müttəfiqlərinin gəmilərini müşayət edirlər.Ümumiyyətlə, bu hərəkətlər təhlükəsizldir, amma qorxutmaq məqsədi daşıyır. Nə vaxt ki, zərbə təyyarəsi esminesin düz üstündən 30 metr hündürlükdə uçur, onda bizim komandirlər hücum edib-etməməyə müstəqil qərar verirlər. Deyə bilərik ki, ruslar bizi birinci zərbə vurmaq üçün təxribata çəkirlər. Təxribat olmadan biz birinci zərbə vurmağa hazırlaşmırıq, amma mən öz komandirlərimdən çənənin altından birinci zərbə yeməyi də tələb etmirəm”

 

 

Rusiya hərbi gücləri və NATO çox vaxt bir-birləri ilə yaxın məsafədə olurlar.Rusiya müntəzm olaraq öz sərhədləri yaxınlığında uçan NATO təyyarələrini yaxaladıqları barədə məlumat verir. Eyni zamanda NATO hərbiçləri də bunu öz sərhədləri yaxınlığında edirlər.

Hələ 2019-cu ildə Rober Burkenin sələfi, hazırda istefada olan admiral James Foggo deyirdi: ”Keçmişdə Rusiya təyyarələri silahsız, yəni konfiqurasiyasına görə “təmiz qanadlarla” uçurdular.Mən görürəm ki, onlar bu gün “çirkli qanadlarla” uçurlar, deməli, gövdələrində silah daşıyırlar. Ağıla belə bir fikir gəlir, bu pilotların niyyəti nədir?”

Robert Burke deyib: ”Rusiya gəmilərinin bu cür yaxın məsafəyə kimi gəlməsi taktiki risk daşıyır və strateji problem yarada bilər. Artan aqressiya ilə əlaqədar ciddi narahatlıq var, ona görə də biz bunu diqqətlə izləməliyik”

10 iyulda “Sea Breeze” təlimləri başa çatdıqdan sonra Rusiya gücləri və NATO Qara dənizdə döyüş məşqlərini davam etdirir. NATO Hərbi Dəniz Qüvvələri döyüş hazırlığı üzrə məşqlər edir, Rusiya aviasiyası və sahil müdafiə dəstələri isə düşmənin hücumlarının dəf edilməsi təlimləri keçirlər.

 

 

Robert Burke əlavə olaraq bildirib:“Krımın zəbt edilməsi Rusiya tərəfindən daimi qorxu yaymağın ən kəskin formasıdır. Bu, digər ölkələrə və daxili ictimaiyyətə təsir etmək üsuludur. Rusiyanın beynəlxalq sularda məhdudiyyət yaratması ümumi yekunda ona gətirib çıxraır ki, bəzi ölkələr bu akvatoriyaya girməməyə çalışır. Rusiya elə də nəhəng deyil. Onun liderləri NATO-nun imkanlarını anlayırlar, amma onlar da öz silahlarını əhəməiyyətli dərəcədə modernləşdiriblər. Xüsusən də sualtı qayıqlarını. Rusiya ABŞ-ın İraq və Əfqanıstanda necə döyüşdüyündən dərs götürüb. Rusiya hökuməti ABŞ üçün əvvəlki kimi mövcud təhlükədir. Mən hesab edirəm ki, hətta soyuq müharibə zamanındakı Sovet İttifaqı kimi təhlükədir”

(Business Insider-ABŞ)

Tərcümə etdi: Vaqif Nəsibov

“AzPolitika.info”


Geri qayıt