Əsas Səhifə > Dünya > Qırğızıstan Türkiyədən “Bayraqdar“ alacaq

Qırğızıstan Türkiyədən “Bayraqdar“ alacaq


23-10-2021, 22:09

Qırğızıstan Türkiyədən “Bayraqdar“ alacaq

Türkiyə istehsalı olan və dünyanın ən effektiv silahlı pilotsuz uçuş aparatlarından biri hesab edilən Bayraqdar-TB2-ni keçmiş Qırğızıstan da alır.

    Azərbaycan və Ukraynadan sonra Qırğızıstan rəhbərliyinin də Türkiyəyə Bayraqdar-TB2 sifarişi verdiyi rəsmən açıqlanıb. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Kamçibek Tasiyev Qırğızıstanın Türkiyədən PUA alması ilə bağlı məlumat verib.

Qeyd edək ki, Tasiyev tezliklə bu uçuş aparatlarını alacaqlarını bildirib. Daha sonra pilotsuz uçuş aparatlarından istifadə edəcək Qırğızıstan operatorlarının da Türkiyədə təhsillərini başa vurduğlarını deyib.


Geri qayıt