Əsas Səhifə > Dünya > İstanbul aeroportuna çəkilən metro xətti,

İstanbul aeroportuna çəkilən metro xətti,


14-01-2023, 15:42

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yanvarın 22-də Kağıthane ilə İstanbul hava limanı arasındakı xətti açmağı hədəflədiklərini söyləyib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, nazir deyib: "Dünyanın ən texnoloji və müasir şəhər rels sistemi layihələrini bir-bir həyata keçiririk. Biz İstanbul üçün təxminən 96 km-lik 6 xətt üzərində işləyirik.  Bu xətləri tamamlayaraq, İstanbulun 284,3 kilometr olan relsli sistem şəbəkəsini 380,2 kilometrə çatdıracağıq".

 

Nazir Karaismailoğlu, “Kağıthane - İstanbul hava limanı metro xəttimizi 9 gün sonra, 22 Yanvarda, bazar günü Prezidentimizin şərəfinə açır, İstanbul və dünya əhalisinin xidmətinə təqdim edirik”.

 

 


Geri qayıt