Əsas Səhifə > Dünya > PUA hücumu zamanı Vladimir Putin Kremldə olub?

PUA hücumu zamanı Vladimir Putin Kremldə olub?


3-05-2023, 17:29

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larının hücum cəhdi zamanı Kremldə olmayıb”.

Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

Onu da qeyd edək ki, Rəsmi Kreml Kiyevi Rusiya prezidentinə sui-qəsd cəhdində ittiham edib.

Buna cavab tədbirinə gəlincə isə Peskov bildirib ki,  Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır.


Geri qayıt