Əsas Səhifə > Dünya > UKRAYNA RUSİYA ƏRAZİSİNƏ ZƏRBƏLƏR ENDİRDİ - Voronejdə

UKRAYNA RUSİYA ƏRAZİSİNƏ ZƏRBƏLƏR ENDİRDİ - Voronejdə


17-01-2024, 12:30

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.

Bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.

O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.


Geri qayıt