Əsas Səhifə > Dünya > Türkiyədə kilsəyə silahlı hücum - ölən var
Türkiyədə kilsəyə silahlı hücum - ölən var28-01-2024, 18:47 |
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi "Santa Maria"ya silahlı hücum olub. AzerTaym.az report-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.
Geri qayıt |