Əsas Səhifə > Dünya, Slayd > Rusiya geri çəkilməyə məcbur oldu
Rusiya geri çəkilməyə məcbur oldu14-12-2015, 12:50 |
Türkiyə qırıcıları tərəfindən Rusiyayaməxsus Su-24 bombardman təyyarəsinin vurulması ilə Moskva və Ankara arasında başlanan qarşıdurma Rusiyanın bir sıra müəssisələrinin işinin dayandırılması ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, iki ölkə arasında yaranmış qarşı durma nəticəsində Sankt-Peterburq vilayətinin Peterqof şəhərində yerləşən “Bosch-Siemens” soyuducu zavodunun işinin dayanmasına səbəb olub. Sankt-Peterburq vilayətinin sənaye siyasəti və innnovasiyalar üzrə komitəsinin sədri Maksim Meyksin bildirib ki, dekabrın 14-də zavodun konveyerləri işini dayandıracaq. Rusiyadan Türkiyəyə ixrac və idxalın illər üzrə dəyişməsi Rəqəmlər isə bu qarşıdurmadan daha çox Rusiyanın itirəcəyini ortaya çıxarırdı. Rusiya Mərkəzi Bankının məlumatına görə, iki ölkə arasındakı ticarət dövriyyəsində müsbət saldo böyük üstünlüklə Rusiyaya məxsusdur. 2015-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib. Bunun 15 milyard dolları Rusiyadan Türkiyəyə ixracat təşkil edib. Türkiyədən Rusiyaya ixracat isə cəmi 3 miylard dollar olub.
Göründüyü kimi, Türkiyə Rusiyadan əsasən silah və xammal alıb ki, bunu başqa ölkələrdən də ala bilər. Amma Rusiya Türkiyədən ərzaq və toxuculuq məhsulları ilə yanaşı avadanlıq da alır ki, bu, birbaşa istehsalla bağlıdır. Yəni həmin avadanlıqların idxalı dayandıqda Rusiyadakı istehsal da dayanır və Peterqofdakı “Bosch-Siemens” soyuducu zavodu da belə istehsal sahələrindəndir. Geri qayıt |