Əsas Səhifə > Dünya > KURSKDA RUSİYA GENERALI ÖLDÜRÜLDÜ – Ukrayna ordusundan
KURSKDA RUSİYA GENERALI ÖLDÜRÜLDÜ – Ukrayna ordusundanDünən, 21:30 |
Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ordusunun raket zərbəsi nəticəsində həlak olub. “AzPolitika” xəbər verir ki,hadisə iyulun 1-də baş verib. Rusiya dəniz piyadalarının Kursk vilayəti ərazisindəki qərargahına Ukrayna ordusu tərəfindən dəqiq zərbə endirilib. Nəticədə həmin vaxt orada olan Mixail Qudkov və daha bir neçə yüksək rütbəli zabit həyatını itirib. Əvvəllər 155 saylı dəniz piyadaları briqadasının komandiri olmuş və “Rusiya qəhrəmanı” adına layiq görülmüş M. Qudkov mart ayında Vladimir Putin tərəfindən Hərbi Dəniz Donanmasının baş komandanının müavini təyin edilmişdi. O, müharibə başlayandan bəri öldürülən ən yüksək vəzifəli Rusiya hərbçilərindən biridir. Geri qayıt |