Əsas Səhifə > Dünya > Rusiya bu təkliflə ÇALXALANIR - SORĞU
Rusiya bu təkliflə ÇALXALANIR - SORĞUDünən, 17:56 |
Rusiyada 4 günlük iş həftəsinə maraq artmaqdadır. "AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, "Russia Today"in əldə etdiyi sorğu nəticələrinə əsasən, respondentlərin 42%-i dörd günlük iş qrafikini dəstəkləyib və belə bir sistemdə işləməyə hazır olduqlarını bildiriblər. Sorğunun nəticələrinə görə, klassik beş günlük iş rejimini cəmi 23% iştirakçı üstün tutur. Respondentlər dörd günlük iş həftəsinin məhsuldarlığa mənfi təsir etməyəcəyini, əksinə, insanların psixoloji və fiziki sağlamlığını yaxşılaşdıracağını hesab edirlər. Onlar əlavə istirahət gününün ailəyə və şəxsi inkişaf üçün ayrılan vaxta sərf olunmasının mühüm olduğunu vurğulayırlar. Bu tendensiya təkcə nəzəri səviyyədə deyil, artıq praktiki olaraq da özünü göstərməyə başlayıb. Belə ki, Rusiyanın iri sənaye müəssisələrindən olan KAMAZ və AvtoVAZ zavodları dörd günlük iş həftəsinə keçidlə bağlı addımlar atdıqlarını açıqlayıblar. Bu müəssisələrdə alternativ iş rejiminin tətbiqi pilot layihə kimi həyata keçirilir və nəticələrə əsasən qərarın daimi olub-olmayacağı müəyyənləşdiriləcək. Ekspertlər bildirirlər ki, dörd günlük iş həftəsi modelinə keçid yalnız işçi məmnuniyyətini artırmaqla kifayətlənməyəcək, həm də bəzi hallarda istehsalın keyfiyyətinə müsbət təsir göstərə bilər. Bununla belə, bu addımın geniş miqyasda tətbiqi üçün bir sıra qanunvericilik və iqtisadi məsələlərin də həll olunması vacibdir. Geri qayıt |