Bu nazirliyin BİR NEÇƏ strukturu BİRLƏŞDİRİLİR

2018-ci ilin yanvarından Azərbaycanda "155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

Trend-in xəbərinə görə, çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların "Aztelekom” MMC, "Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.

Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin "107”, "109” və "153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.






Fikirlər