Əsas Səhifə > əlavə3 > Bakıda vəzifəli şəxs 4800 manat
Bakıda vəzifəli şəxs 4800 manat30-05-2018, 11:14 |
Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb. AzerTaym.az-a daxil olan məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub Geri qayıt |