Kürdəmirdə NƏLƏR BAŞ verir?: Səhiyyə acınacaqlı durumda

  

Baş həkim Nizami Feyzullayevin tətbiq etdiyi qaydalar hamının canını boğazına yığıb

Kürdəmir rayonunda sözün həqiqi mənasında səhiyyə böhranı yaşanır.

AzerTaym.az Dosye.org -a istinadən xəbər verir ki, rayon camaatı xəstələndikdə risq edib Mərkəzi Xəstəxanaya getmir. Çünki orada onları həm normal qaydada müalicə edə biləcək həkim yoxdur, həm də ciblərinin soyulmasından ehtiyat edirlər.

Məlumatlara görə, 3 il bundan əvvəl Kürdəmir Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan Nizami Feyzullayev özüylə yeni qaydalar da gətirib. Həmin qaydalara əsasən həkimlər hər ay ona pul verməlidirlər. Bundan boyun qaçırmaq isə mümkün deyil. Ona görə ki, baş həkimin təlimatına əsasən hər bir həkim özünün qəbul otağında dəftər açmalı və qəbul etdiyi xəstələrin adlarını ora yazmalıdır. Ayın sonunda isə baş həkim həmin dəftərləri toplayıb, kalkulyatorla hesablama apararaq, hər xəstə üçün nə qədər pul alacağını müəyyənləşdirir.

Politika.Az xəbər verir ki, Nizami Feyzullayevin işləri bununla da bitmir. Onun Mərkəzi Xəstəxananı təmir etdirmək adı altında adicə akuşerkadan belə pul yığması da dillər əzbəridir. Halbuki təmir işləri üçün xəstəxanaya büdcədən heç də kiçik olmayan vəsaitlər ayrılır. Amma həmin pulların hamısı baş həkimin şəxsi maraqlarına xidmət etdiyindən bir qəpiyi belə xərclənilmir. Nəticədə, həkimlərdən tutmuş adi işçilərə qədər hər kəs qazancından baş həkimə verməli olurlar.

Qeyd edək ki, elə bu səbəbdənbir ki, Kürdəmir Mərkəzi Xəstəxanasının qapısından içəri girən kimi pul davası başlayır.

Qapıçıdan həkimə qədər hər kəs müalicə almaq üçün gələnin cibinə 3-5 manat pul qoymalı olur. Əks təqdirdə, onu bir pilə yuxarı addım atmağa imkan verməzlər.






Fikirlər