QƏNİRƏ PAŞAYEVA: "Öz keçmişlərinə baxsınlar"

Qənirə Paşayeva: "Öz keçmişlərinə baxsınlar"

"Almaniya Parlamentinin qondarma,sözdə ermeni soyqırımı yalanları ilə bağlı qərarına Azərbaycan Türkləri olaraq etiraz edir və bu qərarı qınayırıq. Ermənilərin 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycan torpaqlarınsa,

20-ci əsrin sonunda Xocalıda törətdiyi soyqırımı görmək istəməyənlərin qondarma,sözdə erməni soyqırımı yalanları ilə bağlı aldığı qərarların arxasında dayanan böyük maraqları, təhlükəli plan və niyyətləri hamınmız bilirik". Bu sözləri Tezis.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

 
Onun sözlərinə görə, Almanya bu qərarla sadəcə Türkiyəyə zərər vurmadı, Azərbaycana, bütün Türk dövlət, toplumlarımıza, bir sözlə bütün Millətimizə qarşı böyük ədalətsizlik etdi: "Türk millətinin şərəfli keçmişi var və bizim utanacaq heç bir şeyimiz yoxdur. Amma Almaniya parlamenti yaxşı olardı ki öz əcdadlarının tarixinə baxardılar. Utanacaq çox şey var. Almaniya bu qərarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun üzvü kimi obyektiv rol oynaya biləcəyi ilə bağlı düşüncələrə də böyük zərbə vurdu. Artıq heç bir Azərbaycan Türkü Almaniyanın obyektiv rol oynaya biləcəyinə inana bilməz".
 
Qənirə Paşayeva daha sonra deyib: "Bu qərarla Türkiyəyə zərbə vurduqlarını düşünənlər bilməlidir ki, dünyanın hər yerində yaşayan Türk insanı olaraq sizin inadınıza daha da çox Türkiyənin yanındayıq.Sizin bu yalanlarınızı da qərarlarınızı da Türk millətinin övladları olaraq heç bir zaman qəbul etməyəcək və hər zaman mübarizə aparacağıq. Sosial şəbəkədə bir alman sivil toplum təşkilatı başqanı mənə amma parlamentdə dəstək verən türklər də olub deyə yazıb. Buna dəstək verən bizdən ola bilməz deyə yazdım. Mən şəxsən bu millətin bir övladı kimi bunu açıq şəkildə söyləyirəm. Bu cür adamlar bizim millətdən olduğunu söyləyə bilər amma bizdən deyil!Və belələrinə qarşı hər zaman ciddi mövqeyimizi ortaya qoymalıyıq.Bütün insanlarımız,gənclərimiz sosial mediada bu qərara səs vermiş Almanya millət vəkillərinə öz etirazlarını yazmalı və nə qədər böyük bir səhvə yol verdiklərini söyləməlidirlər. Almaniyada yaşayan yüzminlərlə Türk insanı isə bundan sonra bu yalanlarla daha da aktiv mübarizə aparmalıdırlar və əsl gerçəkləri, Xocalı soyqırımını daha da çox anlatmalıdırlar".



 






Fikirlər