Keçmiş səfirimiz 25 yaşlı ukraynalı modellə evlənib - FOTOLAR

Telet_Eliyev_090709

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, 63 yaşlı Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model Alyona Solyaniklə evlənib. Ukraynadakı mənbənin verdiyi məlumata görə, T. Əliyev artıq rəsmi tədbirlərə gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.

Xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq, gənc ukraynalı xanımla yaşayan T.Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.

Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O, buna qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir. (Moderator.az)

9184391846

 






Fikirlər