Qüdrət Həsənquliyev sığorta şirkətlərini “topa tutdu” AXI, BU VƏTƏNDAŞLAR ERMƏNİ DEYİL

qudret

“Sığorta şirkətlərini xəbərdar etmək lazımdır. Onlarla söhbət etmək lazımdır ki, niyə əhalini incidirsən. Axı,  bu vətəndaşlar  erməni deyil”.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sığorta şirkətləri vətəndaşları həddən artıq incidir. “Xüsusən də avtomobillə bağlı məsələdə vətəndaşlar daha çox incidilir. Sığorta şirkətləri avtomobili əzilən vətəndaşa  sığorta vermir və vətəndaşı süründürməçiliyə salır. Sığorta şirkətləri sanki, hamısı bir biri ilə sözləşib və eyni sözü deyirlər. Deyirlər ki, avtomobil köhnədir və biz ona  ehtiyat hissəsi qoya bilmərik. 50 faizini ödəyəcəyik”- deyə, millət vəkili vurğöulayıb.
 Millət vəkili əlavə edib ki, hətta bir neçə sığorta şirkəti ilə söhbət eləmişəm:  “Mənə cavablarında bildiriblər ki, vətəndaş razı deyilsə, gedib məhkəməyə müraciət etsin. Düzdür hüquqi cəhətdən belədir. Ancaq vətəndaşı incitməyə nə ehtiyac var. Axə, onlar erməni deyil. Onlarla bir ciddi danışıb xəbərdarlıq etmək lazımdır ki, vətəndaşın pulunu versinlər. Onları incitməsinlər”.






Fikirlər