Cəbhə bölgəsində Bayraq günü qeyd edildi - FOTOLAR

“Cəbhə bölgəsində Bayraq günü qeyd edildi - Fotolar

Nəsimi rayon nümayəndə heyəti Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gedib, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlara gətirdikləri hədiyyələri çatdırıblar.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. 

Sonra hərbiçilər üçün böyük konsert proqramı təşkil olunub.

Cəbhə bölgəsində Bayraq günü qeyd edildi - Fotolar
Cəbhə bölgəsində Bayraq günü qeyd edildi - Fotolar

 






Fikirlər