Qərb Universitetində Xalq yazıçısı ilə GÖRÜŞ KEÇİRİLİB

“Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Bu gün Qərb Universitetində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

"AzerTaym.az" xəbər verir ki, görüşdə yazıçı öz yaradıcılığı barədə danışıb, müasir cəmiyyətimizi qayğılandıran bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, uğur hekayəsini bölüşüb. Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.

Daha sonra Ç.Abdullayev tələbələrin suallarını cavablandırıb.

Yazıçı Qərb Universitetinin tələbələrinə onun yaradıcılığına göstərdikləri marağa görə minnətdarlığını bildirib, tələbələrin intellektual səviyyəsini, müxtəlif dillərdə mütaliə etmələrini  və ümumilikdə mütaliəyə verdikləri əhəmiyyəti alqışladığını qeyd edib.

Sonda Universitetin professor-müəllim, tələbə heyəti adından yazıçıya xatirə hədiyyəsi təqdim olunub. Tələbələr öz sevimli yazarları ilə fotolar çəkdiriblər.

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib
Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

 






Fikirlər