Azərbaycan Dillər Universitetində Çin nümayəndə HEYƏTİ İLƏ GÖRÜŞ

Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə məsləhətçi Ji Huanın rəhbərlik etdiyi Çin konsaltinq şirkətinin nümayəndə heyəti arasında beynəlxalq “Tianboya” təhsil sahəsində görüş keçirilib.

Universitetdən bildiriblər ki, görüşdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov qonaqlara ADU ilə Çinin aparıcı ali məktəbləri arasında tələbə mübadiləsi, təhsil və elm əlaqələrinin genişlənməsi və Çin dili kursları haqqında məlumat verib.

Qonaqlar ABŞ və Avropada tələbə və məktəb mübadiləsi proqramlarının həyata keçirilməsi ilə bağlı təcrübələrini bölüşüblər.

Tədbirdə əməkdaşlığın inkişafı istiqamətində, xüsusilə ADU-da çinli gənclərin Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlığına, həmçinin azərbaycanlı iştirakçıların Çin dilində bilik səviyyəsinin artırılmasına imkan yaradan yay düşərgələrinin təşkili barədə fikir mübadiləsi aparılıb.

AzerTaym.az

 






Fikirlər