Azərbaycanda KİV-lərin reklam gəlirləri MƏLUM OLDU

media

2016-cı ildə Azərbaycanda nəşr edilən qəzet və jurnalların reklamdan gəlirləri cəmi 149 min manat və ya 90 min dollar olub. Halbuki, 2015-ci ildə bu rəqəm 9,4 dəfə çox – 1 milyon 408 min manat idi.

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, teleşirkətlər 2016-cı ildə 11,8 mln. manat itirib. 2015-ci ildə onların reklam gəlirləri 19 mln. 836 min manat, 2016-cı ildə 8 mln. 36 min manat olub. Radioda 1 mln. 479 min manatlıq (azalma 1 mln 615 min manat), internet resurslarda 1 mln 247 min manatlıq (-318 min manat) reklam verilib.

Min manatla, 2014 2015 2016
Kütləvi informasiya vasitələrində yayımlanan reklamdan əldə olunan gəlir 25 128,8 25 969,1 11 226
         televiziyada 22 665,9 19 836,0 8 360
         radioda 1 376,0 3 094,3 1 479
         internetdə 775,2 1 565,6 1 247
         qəzet və jurnallarda 244 1 408,7 140






Fikirlər