"NİZAMİ"-də YAP-ın yaranmasının 25 İLLİYİ münasibətilə İMƏCLİK KEÇİRİLİB...

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə Nizami rayonunda silsilə tədbirlər davam etdirilir.
"AzerTaym.az" xəbər verir ki, bu tədbirlərin davamı kimi bu gün də - 12 oktyabr 2017-ci il tarixində Nizami Rayon İcra HakimiyyətiYAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə İ.Məmmədov küçəsi 148 ünvanında iməcilik təşkil edilib.
İməcilikdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri, könüllü gənclər iştirak ediblər.
Ərazidə təmizlik işləri aparılıb, həmin sahə insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, yaşıllıqlara qulluq edilib və abadlıq işləri görülüb. Eyni zamanda, 150 ədəd ağac əkilib.
Qeyd edək ki, iməciliyin keçirilməsində məqsəd yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlət başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
İməcilikdən sonra Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin iməcilikdə könüllü iştirak edən tələbələri ilə görüş olub.






Fikirlər