GÜNƏŞ haqda bilinməyən QORXUNC gerçəklər:: - FOTOLAR

GÜNƏŞ - tək, əvəzi olmayan, dünyamızı və evimizi isidən yaşam qaynağımız...

Bitkilərin torpağa tutunmasını, onlarla bəslənən heyvanların həyatını davam etdirməsini və nəhayət, insan oğlunun Dünyada mövcudluğunu davam etdirməsinə şərait yaradan ən nəhəng planetimiz...

O qədər böyük bir kütləyə sahibdir ki, bütün Günəş sisteminin 99.8 faizi sadəcə ondan ibarətdir. İşin maraqlı tərəfi isə 1.3 milyon ədəd Dünyanı içinə sığdıra biləcək qədər böyük olan bu ulduz, kainatdakı orta böyüklükdə olan ulduzlardan biridir.

Təxminlərə görə, Günəşin qalaktikamızda fərqli böyüklükdə və kütləyə sahib olan 200 milyard “qardaş”ı var. Bu qədər böyük bir kütləyə sahib olmağına rəğmən, yoğunluğu dünyanın sadəcə ¼ hissəsi qədərdir. Günəş sadəcə böyük deyil, həm də olduqca sürətlidir. Öz oxu ətrafında 70 min km sürətlə fırlanır. Bundan əlavə, Günəş təxmin etdiyiniz kimi statik deyil. Dünyamız bir aşiq kimi günəşin ətrafında, Günəş isə gözəl bir qadın kimi kainata öz işığını saça-saça sadəcə öz ətrafında dönər.

Yay aylarında ikili iqlimin əmələ gəlməsində günəşin təsiri olduqca böyükdür. Belə ki, yayda yandırıcı istilər olan zaman hər birimiz bundan şikayət edirik. Temperatur 40 dərəcəni keçdikdə isə, şikayətlərimiz daha da artmağa başlayır. Amma maraqlı bir sual ortaya çıxır. Buna Günəş nə etməlidir?

esasds.JPG (35 KB)

Onun heç sığınacağı kölgəsi də yoxdur və üst səthinin istiliyi 5500 dərəcədir. Daxilinin istiliyi isə cəhənnəmi xatırladır. Tam olaraq 15.6 milyon dərəcə istiliyə malik olan Günəşin bu istiliyində heç bir maddə bütünlüyünü qoruya bilməz və plazma halına dönüşər. Yəni,  maddənin 4-cü halına dönər. Günəşdən çıxan enerjinin sadəcə 2.2 milyardda bir hissəsi dünyaya çatır və bu, bütün Yer kürəsinin isinməsinə bəs edir. Geridə qalan enerji isə kosmos boşluğundakı digər cismlər arasında paylanılır.

Image result for Xerosimo

Günəş bir enerji istehsal edən zavoddur. Təkcə üç gündə yaydığı enerjini depolamaq imkanımız olsaydı, insanlıq tarixi boyunca dünyada neft, təbii qaz, ağac yandıraraq, nüvə stansiyalarında buxar istehsal edərək əldə etdiyimiz enerjinin toplamına sahib olardıq. Daha aydın desək, günəşin sadəcə bir saniyədə ortaya çıxardığı enerji Xerosimo qətliamına səbəb olan, Amerikanın atdığı nüvə bombası 6.1 milyon dəfə atıldığı halda ortaya çıxa biləcək enerjiyə bərabərdir.

Related image

Günəşin rənginin sarımtıl olduğunu bilirik. Amma əslində bu, belə deyil. Günəşin əsl rəngi ağ rəngdir.

Belə ki, üst səthinin istiliyi 5500 dərəcə olduğuna görə edilən sinifləndirməyə əsasən Günəş bəyaz işıqlar saçan bir ulduzdur. Bu işıqlar atmosferdən keçən zaman sarımtıl rəng alır və Günəşin sarı rəng aldığını görürük.

Günəşimiz bir anda sönsəydi, yəni işıq verə bilməyəcək bir hala düşsəydi, nə baş verərdi?

Image result for Güneşde patlama

İlk olaraq bunu 8 dəqiqə 30 saniyə müddətində anlaya bilməzdik. Çünki, işığın bizə çatmağı üçün kosmosda qət etdiyi məsafə bu qədərdir. 8 dəqiqə 30 saniyədən sonra Dünya yetərli qədər isinməz, gecə-gündüz anlayışı yox olardı. Günəş üfüqdə xırda, gözlə çətin görüləcək nöqtə şəklində olardı.

Related image

Temperatur bir həftədə -18 dərəcəyə, bir il içində isə -75 dərəcəyə düşər və nəhayət, -275 dərəcələrinə, yəni, mütləq 0 nöqtəsinə yaxın sabitlənərdi. Yaşayan hər şey əslində, geriyə doğru azaldığı üçün Günəş də bir gün “öləcək”. Lakin, kosmosda ölümlər bir az zaman alır. Misal üçün Günəşin tamamən sönməsinə qədər bu planetin hələ təxminən 5 milyard il ömrünün olduğu ehtimal olunur.






Fikirlər