Leyla Əliyeva və Azər Əliyev Ulu Öndərin abidəsini ZİYARƏT ETDİ - FOTO

Leyla Əliyeva və Azər Əliyev Ulu Öndərin abidəsini ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış Ulu Öndər abidəsini ziyarət edib.

AzerTaym.az xəbər verir ki, Leyla Əliyeva Heydər Əliyevin digər nəvəsi - Sevil Əliyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevlə birlikdə babasının ildönümünü yad edib.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il ötür. 12 dekabr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günüdür.






Fikirlər