Ramil USUBOVdan yeni RƏİS Təyinatı

Ramil Usubovdan yeni rəis

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri  ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
 
V. Orucov Göygöl rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Daşkəsən rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib.






Fikirlər