“Bu məmləkətin torpağı, suyu və çörəyi ona HARAMdır...” - QARABAĞ Qazisi Xəlil RZAya görə ETİRAZ ETDİ...

 Related image

Gənc yazar Kəramət Böyükçölün sosial şəbəkədə xalq şairi Xəlil Rza Ulutürklə bağlı fikirləri kəskin etiraza səbəb oldu.
Bir çox bunu  yazarın özünü gündəmə kətirməyi kimi qiymətləndirsə də, bir çoxları da bunun qabaqcadan düşünülmüş bir addım olduğunu dedi. Birinci qup Qarabağ Qazisi Firudin Məmmədov da Moderator.az -a açıqlamasında buna etiraz edərək, belə fikirlərinə görə yazara qarşı dövlət səviyyəsində münasibət bildirilməsini deyib:
Bununla bağlı mənim fikirlərim çox aqressiv və çox radikaldır. Mənim fikrimcə belə adamlar Azərbaycandan daşqalaq edilib qovulmalıdır. Çünki Xəlil Rza da və oğlu Şəhid Təbriz də Azərbaycanın milli dəyərləridir. Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı belə xaincəsinə fikir bildirərək ucuz populyarlaşmağın xatirinə addım atmaq yolverilməzdir. Əslində isə bu populyarlaşmaq üçün yox, bu konkret bir casusluq göstəricisidir. Bu onun içində xalqın dəyərlərinə olan nifrətinin bariz nümunəsidir. Bu bir təsadüf deyil. Heç kim X.Rzanın şeirlərini bəyənmək məcburiyyətində deyil. Amma, belə kəskin fikir bildirmək yolverilməzdir. Onun fikirlərinə dövlət səviyyəsində münasibət bildirilib və Azərbaycandan çıxarılması təmin edilməlidir. Bu məmləkətin torpağı, suyu və çörəyi ona haramdır. O, mənim qarşıma çıxsa, ona özüm tərəfimdən ağır cəza verərəm. Sən kimsən ki, X.Rza barədə söz danışırsan?! Bununki qartala daş atan qarğaya bənzəyir. Bu yaxınlarda Türkiyədə iki qazini döymüşdülər. Buna dövlət səviyyəsində çox sərt reaksiya verdilər. Qaziləri döyən şəxslər məhkəməyə çıxarılaraq həbs edildilər. Onların bu hərəkətini Türkiyədə dövlət suverenliyini aşağılamaq və təhqir etmək kimi qiymətləndirdilər. Deməli Türkiyədə Qaziyə əl qaldırmaq, Şəhidi təhqir etmək dövlət suverenliyinə təhqir deməkdir. Bu adam da dövlət suverenliyinə ləkə yaxacaq hərəkətlər edir”. 






Fikirlər