DEMOKRATlar AĞ EVİi GİROV götürdü – Səs YAZISI

Related image

Hökumətin fəaliyyətini dayandırması səbəbindən Ağ Evdə artıq zənglərə cavab verilmir.

Axar.az xəbər verir ki, Ağ Evə zəng edən şəxslərə prezident administrasiyasının əməkdaşı əvəzinə səs yazısı cavab verib.

Təəssüf ki, bu gün sizin zənginizə cavab verə bilmirik, çünki Konqresdəki demokratlar hökumətin, o cümlədən bizim ordumuzun və milli təhlükəsizliyimizin maliyyələşdirilməsini miqrantlarla bağlı narazılığa görə girov götürüb”, - avtocavabda deyilir.

Qeyd edək ki, hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun artıq Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Lakin Senatdakı Demokratlar onun qəbuluna müəyyən problemlər yaradırlar. Buna səbəb Tramp administrasiyasının yetkinlik yaşına çatmayan miqrantların müdafiə proqramlarının məhdudlaşdırılması olub.






Fikirlər