Röya Sevdanın keçmiş görüntüləri barədə görün NƏLƏR DEDİ...

Röya Sevdanın keçmiş görüntüləri barədə görün NƏLƏR DEDİ: “...vicdanını satır” - FOTO/VİDEO

Röya Ayxan dünən arxiv görüntüləri yayılan Sevda Yahyayevaya dəstək olub.

Publika.az xəbər verir ki, Əməkdar artist həmkarına əziyyətli keçən keçmişi ilə qürur duymağı məsləhət görüb:

Gözəlim, sən bunlara fikir vermə. Birisi arxasını görmür, digəri 40 yaşında ana-ata çörəyi yeyir. O birisi də alver edir, vicdanını satır. Bu arada, o “pekarni”yə çörəyi mən gətirirdim, tanımadın?

Məlumat üçün bildirək ki, 32 yaşlı Sevda Yahyayevanın 13 yaşında çəkilən görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub. Xüsusilə onun plastik əməliyyatsız inanılmaz dərəcədə dəyişməsi heyrət doğurub. S.Yahyayeva İnstaqram hesabında onu tənqid edənlərə aşağıdakı cavabı verib:

Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi