Qərbi KASPİ Universiteti əmək YARMARKASI keçirəcək

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

Martın 10-da universitetin Əhməd Rəcəbli 3 ünvanındakı yeni tədris binasında təşkil olunacaq sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etməsi nəzərdə tutulub.

Universitetdən verilən məlumata görə, Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim edəcək və sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımdan əhəmiyyətli olacaq.

Tədbirə “Asan kadr” təşkilati, İctimai TV, “AzerTac”, “Lent.az” və “Qafqazinfo.az” informasiya dəstəyi verir.

AzerTaym.az






Fikirlər